Boris Consonun karantin qaydalarını pozduğuna dair şəkillər yayılıb - FOTO

Boris Consonun karantin qaydalarını pozduğuna dair şəkillər yayılıb - FOTO
# 23 may 2022 20:30 (UTC +04:00)

Boris Consonun pandemiya zamanı karantini pozduğuna və içki içkərək badə qaldırdığına dair şəkillər yayılıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, fotoşəkillər "ITV News" kanalı tərəfindən yayılıb. Şəkillərdə Boris Conson əlində içki qədəhi tutaraq, ən azı 6 nəfərlə birgə məclisdə iştirak etdiyi, badə qaldıraraq şənləndiyi görülür.

Yığıncağın 13 Noyabr 2020-ci ildə, Britaniyada insanların yalnız müəyyən səbəblərə görə evdən çıxmasına icazə verildiyi və ikinci dəfə koronavirusla bağlı karantinin tətbiq edilidyi zaman çəkildiyi deyilir.

Qeyd edək ki, Boris Conson bundan öncəki açıqlamalarında hər hansı bir məclisin keçirilməsindən xəbərdar olmadığını deyərək bu yığıncağın sadəcə işgüzar xarakter daşıdığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR