Borrel: “Biz Rusiya ilə danışıqları davam etdirməliyik”

Borrel: “Biz Rusiya ilə danışıqları davam etdirməliyik”
# 13 iyun 2022 06:55 (UTC +04:00)

Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra Avropa Rusiya ilə birgə yaşamağa davam etməlidir.

APA xəbər verir ki, bu sözləri “Le Journal du Dimanche” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

O bildirib ki, Moskva ilə dialoqu davam etdirmək tələb olunacaq.

O, Rusiyanın sülh danışıqlarından sonra mövcudluğunu davam etdirəcəyini deyib.

Diplomatın fikrincə, Avropa Rusiya ilə necə yaşayacağını dəqiq müəyyən etməlidir.

“Rusiyanın Ukraynada etdiklərindən sonra belə birgəyaşayış çox çətin olacaq. Ancaq yenə də bu qitədə ruslarla birlikdə yaşamağa çalışmalı olacaqsınız.Biz Rusiya ilə danışıqları davam etdirməliyik”, - deyə Borrell bildirib.

O əlavə edib ki, Moskva ilə əlaqə kanalları heç vaxt bağlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR