Borrell: Aİ gələcəkdə Rusiyadan qaz almağı dayandıracaq

Borrell: Aİ gələcəkdə Rusiyadan qaz almağı dayandıracaq
# 29 iyul 2022 03:20 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) gələcəkdə Rusiya qazını almağı dayandıracaq.

APA “Television Espanola”ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib.

“Biz Rusiyadan enerji asılılığını azaltmaq barədə qərar qəbul etmişik. İlk növbədə kömür sonra isə neft. Birmüddətdən sonra isə qaz alışı dayanacaq”, - deyə Aİ diplomatiyasının rəhbəri bildirib.

Borrelin sözlərinə görə, bütün bunlardan imtina etmək üçün prosesə uyğunlaşmaq lazımdır.

"Rusiya Federasiyası öz qazını satmaq istəyir. Lakin onu bizə satmağa məcbur deyil”, - deyə Borrell bildirib.

O, Avropa ölkələrini könüllü olaraq enerjiyə qənaət etməyə çağırıb. Borelin sözlərinə görə, bununla da İttifaq bunu məcburi şəkildə etmək məcburiyyətində qalmayacaq.

Aİ diplomatiyasının rəhbəri bildirib ki, artıq Rusiya qazına qənaət edilməyə başlanıb.

“Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayanda Rusiya qazının idxalı ümumi Avropanın 40%-ni təşkil edirdisə, indi bu, 20%-ə yaxınlaşır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR