Borrell: Aİ taxıl dəhlizinin bərpasında roluna görə Türkiyəyə minnətdardır

Cozep Borrell

© APA | Cozep Borrell

# 03 noyabr 2022 12:22 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyəyə taxıl dəhlizinin bərpasındakı roluna görə təşəkkür edib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

"Aİ BMT və Türkiyənin Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmaq qərarında oynadığı rola görə onlara minnətdardır. Ərzaq heç vaxt müharibə silahı kimi istifadə edilməməlidir. Taxıl ixracı Rusiyanın şiddətləndirdiyi qlobal ərzaq böhranını həll etmək üçün çox vacibdir. Bütün tərəfləri Təşəbbüsü yeniləməyə çağırırıq", - Borrell qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR