Borrell: "Aİ Ukraynanın işğal olunmuş ərazilərində Rusiya tərəfindən paylanılan pasportları tanımayacaq"

Cozep Borrell

© APA | Cozep Borrell

# 31 avqust 2022 18:03 (UTC +04:00)

"Avropa İttifaqı (Aİ) Ukraynanın işğal olunmuş ərazilərində Rusiya tərəfindən paylanılan pasportları tanımayacaq".

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Praqada keçirilən Aİ ölkələrinin XİN başçılarının qeyri-formal görüşünün yekunlarına dair brifinqdə bildirib.

Borrell əlavə edib ki, müzakirələr zamanı yeni vizalardan əlavə xeyli müddət əvvəl verilən milyonlarla viza barədə də narahatlıq ifadə olunub.

"Ortaq yanaşma ifadə olundu ki, bu məsələ həll olunmalıdır. Qərara gəldik ki, bununla bağlı Avropa Komissiyasına müraciət olunsun və Komissiya bu mürəkkəb məsələnin həlli istiqamətində təlimat hazırlasın.

Rusiya ilə sərhəd Aİ ölkələrində vəziyyət daha mürəkkəbdir, mən anlayıram ki, bu ölkələr milli səviyyədə onların sərhəddindən Aİ-yə girişi məhdudlaşdıra bilən addımlar ata bilər ancaq bu, Şengen Sərhəd Kodu/ Razılaşması çərçivəsində olmalıdır."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR