Borrell: "Avropa İttifaqı həm də hərbi güc olmalıdır"

Cozep Borrell

© APA | Cozep Borrell

# 31 may 2022 12:46 (UTC +04:00)

"Avropa İttifaqı həm də hərbi güc olmalıdır".

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün keçirilən Aİ Şurasının xüsusi iclasında Aİ ölkələrinin müdafiə qabiliyyətinin necə gücləndirilməsi müzakirə olunacaq.

Aİ-nin baş diplomatı qeyd edib ki, Avropa Müdafiə Agentliyi üzv dövlətlərin müdafiə sahəsində performansını qiymətləndirir: “Görünən odur ki, daha çox iş görülməlidir və biz bunu birlikdə etməliyik. Əgər hər bir üzv dövlət ayrılıqda müdafiə xərclərini artırsa, bu böyük maliyyə vəsaitinin itkisi deməkdir. Çünki belə halda biz duplikasiya və təkrarlanmanın qarşısını ala bilməyəcəyik, üzv ölkələr müdafiə sənayesində təkrara yol verəcəklər və mövcud boşluqları aradan qaldıra bilməyəcəyik. Ona görə də biz müdafiə sahəsində xərclərini koordinasiyalı şəkildə artırmalıyıq və təbii ki, bu asan məsələ deyil. Çünki ordu, hərb sənayesində inkişaf hər bir ölkənin əsas məsələsidir və bu sahədə əməkdaşlıq siyasi bacarıqlar və iradə tələb edir”.

Borrell əlavə edib ki, Avropa Müdafiə Agentliyi hesabat təqdim edib və burada bir sıra tövsiyələr var: “Biz Ukrayna müharibəsindən öyrəndik ki, ticarət, qanunun aliliyi, sivil güc olmaq kifayət deyil, biz həmçinin hərbi güc olmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR