Borrell bu gün Tehrana səfər edəcək

Borrell bu gün Tehrana səfər edəcək
# 24 iyun 2022 11:22 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İrana səfər edəcək.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, bu gün axşam Cozep Borrell Tehrana gələcək.

Cozep Borrell Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmi şəxslərlə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR