Borrell: Çindən Ukraynada müharibəni dayandırmaq üçün öz təsirindən istifadə etməsini gözləyirik

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

# 22 may 2023 13:45 (UTC +04:00)

"Çin Rusiyanı silahla təmin etsə idi, bu, şübhəsiz ki əlaqələrimizi zədələyərdi".

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə deyib.

O bildirib ki, Aİ Çindən Ukraynada müharibəni dayandırmaq üçün öz təsirindən istifadə etməsini gözləyir. "Onların böyük təsiri var. Biz Çindən bunu gözləyirik və əgər Çin Rusiyanı silahla təmin etsəydi, bu, şübhəsiz ki, əlaqələrimizə xələl gətirərdi. Amma bu hələlik belə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR