Borrell: Kaxovka su anbarının dağıdılması Rusiya vəhşiliyinin yeni ölçüsünü göstərir

Borrell: Kaxovka su anbarının dağıdılması Rusiya vəhşiliyinin yeni ölçüsünü göstərir
# 06 iyun 2023 18:57 (UTC +04:00)

Kaxovka su anbarının dağıdılması Rusiya vəhşiliyinin yeni ölçüsünü göstərir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell “Tvitter”də bildirib. O, bəndin dağıdılmasının yüz minlərlə insanın həyatını təhlükədə qoyduğunu qeyd edib. Əlavə edib ki, mülki infrastuktura hücum müharibə cinayətidir.

Borel Aİ-nin yardımlarının təmin edilməsi məqsədilə Ukrayna ilə əlaqədə olduğunu bildirib.

“Rusiyanın Ukraynanın kritik mülki infrastukturuna hücumları bu gün Kaxovka SES-in dağıdılması ilə yeni səviyyəyə qalxıb”, - Borell qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR