Borrell Rusiyanın qaz ixracını azaltmasından danışıb: “Alternativ imkanları müzakirə edirik”

Borrell Rusiyanın qaz ixracını azaltmasından danışıb: “Alternativ imkanları müzakirə edirik”
# 18 iyul 2022 12:26 (UTC +04:00)

Bu gün dünyanı ən çox narahat edən məsələ ərzaq qıtlığıdır və bu böhranla üzləşməyimizin səbəbi isə Rusiyanın Ukrayna taxılının qlobal bazara ixracına imkan verməyən blokadasıdır.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ukrayna taxılının qlobala bazara çatdırılası üçün digər mümkün vasitələrdən istifadə olunur: “Biz digər mümkün imkanlardan istifadə edərək Ukrayna taxılının daşınmasına çalışırıq, həm quru yolla, həm Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana daşıyırıq, lakin bu kifayət deyil. Mən ümid edirəm ki, bu həftə Odessa limanı ətrafında blokadanın aradan qaldırılması istiqamətində razılaşma əldə olunacaq. On minlərlə insanın həyatı bu razılaşmadan asılıdır, yəni bu diplomatik oyun deyil, həyat və ölüm məsələsidir. Rusiya blokadanı götürməli və icazə verməlidir ki, Ukrayna eksportu həyata keçirsin. Ona görə biz deyirik ki, Rusiya insan varlığının həyatını diqqətə almadan ərzağı silah kimi istifadə edir. Bu, açıq şəkildə, ucadan deyilməlidir”.

Aİ-nin Ali Nümayəndəsi Rusiyanın Aİ-yə qaz ixracını azaltması barədə də danışıb: “Biz bilirdik ki, Rusiya qaz ixracını Avropaya qarşı silah kimi istifadə edəcək və o, artıq bunu edir, idxal olunan qazın həcmini azaldır, lakin biz alternativ imkanları müzakirə edirik. İyulun 20-də Avropa Komissiyasında bununla bağlı müzakirələr keçiriləcək. Rusiyanın etdiklərinə görə, biz Ukraynaya dəstəyimizi dayandırmayacağıq. Risklər var və Avropa Komissiyası istənilən situasiyaya hazır olmaq üçün bu məsələləri müzakirə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR