Borrell: "Rusiyanın təcavüzkarlığı Şərq Tərəfdaşlığı üçün yeni reallıq yaradıb"

Cozep Borrell

© APA | Cozep Borrell

# 08 iyun 2022 14:02 (UTC +04:00)

“Rusiyanın təcavüzkarlığı Şərq Tərəfdaşlığı üçün yeni reallıq yaradıb. Biz əminik ki, bu regional çərçivə qüvvədə qalır və Şərq qonşuluğunda Aİ-nin dəyər və maraqlarını layihələndirmək üçün mühüm alətdir”.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin sessiyasında deyib.

O bildirib ki, bu platforma həm ona üzv ölkələrin, həm də Aİ ölkələrinin xeyrinə olan münasibətləri daha da dərinləşdirməyə imkan verir.

“Təhlükəsiz, dinc və firavan Avropa bizim Şərq tərəfdaşlarımızla paylaşdığımız məqsəddir. Bu gün diqqətimizi təhlükəsizlik və müdafiə siyasəti aspektlərinə yönəltmişik, eyni zamanda, 2021-ci ilin dekabrında Şərq Tərəfdaşlığı Sammitində təsdiq edilmiş dayanıqlılığa əsaslanan çərçivə indiki kontekstdə daha da aktualdır. Bizim siyasətimizdə mərkəzi yer tutan qanunun aliliyi, yaşıllıq, əlaqələnmə, rəqəmsallıq və fundamental dəyərlər, xalqlararası münasibətlər sahəsində islahatlar əməkdaşlığın prioritetlərinə daxildir”, - Borrell vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR