Borrell “Şimal axını” qaz kəmərlərində partlayışların qəsdən törədildiyini deyib

Cozep Borrell

© APA | Cozep Borrell

# 28 sentyabr 2022 11:35 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) “Şimal axını” qaz kəmərlərində baş vermiş qəzaların araşdırılması üçün aparılan istənilən araşdırmanı dəstəkləyəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

“Əldə olan məlumatlar ona işarə edir ki, “Simal axını” və “Simal axını-2” qaz kəmərlərində qeyd alınmış sızma qəsdən törədilmiş əməllərin nəticəsidir”, - Borrelin 28 sentyabrda verdiyi bəyanatda deyilir.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR