"Bosniya qəssabı" Ratko Mladiç Haaqada xəstəxanaya yerləşdirilib

Ratko Mladiç

© APA | Ratko Mladiç

# 10 sentyabr 2022 10:58 (UTC +04:00)

Bosniya və Herseqovina serblərinin keçmiş komandanı Ratko Mladiç Haaqada xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə onun oğlu Darko Mladiç bildirib.

O, həkimlərin atasına ümumi zəiflik, pnevmoniya və ürəyin zəifləmiş funksiyaları diaqnozu qoyduğunu bildirib. Radko Mladiçin səhhətindəki problemin ciddi olduğunu bildirilib.

Qeyd edək ki, 79 yaşı olan Radko Mladiç 2011-ci ildə həbs edilərək Haaqaya ekstradisiya edilib. O, Sarayevonun mühasirəsi zamanı müharibə cinayətləri və soyqırımı törətməkdə, həmçinin Srebrenitsa qətliamı ilə əlaqəli olmaqda təqsirli bilinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR