Böyük Britaniya dəmiryolları beş günlük tətil edəcək

Böyük Britaniya dəmiryolları beş günlük tətil edəcək
# 03 yanvar 2023 03:01 (UTC +04:00)

Çərşənbə axşamı Böyük Britaniyada dəmir yolu işçilərinin beş günlük tətili başlayır. Çoxgünlük tətilin başlanğıcı Böyük Britaniyada Milad və Yeni il bayramlarının başa çatdığı vaxta təsadüf edir.

APA-nın “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, Britaniyanın dəmir yolu, dəniz və nəqliyyat həmkarlar ittifaqı RMT bildirib ki, 40 minə yaxın əməkdaş yanvarın 3-dən işə gəlməyəcək. Təşkilat maaşların artırılmasını və işçilərin ixtisardan qorunmasını tələb edir. Bu tətil nəticəsində təxminən 62.000 qatar reysi ləğv edilə bilər.

Yanvarın 5-də Elektrik Lokomotivçiləri və Yanğınsöndürən Maşinistlərin Birləşmiş Cəmiyyəti üzvlərinin təşkilatçılığı ilə etiraz aksiyası keçiriləcək.

Bu tətil nəticəsində daha 18 min reysin ləğv ediləcəyi təxmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR