Böyük Britaniya taxıl ixracını asanlaşdırmaq üçün Kiyevdə dəmir yollarını bərpa edəcək

Böyük Britaniya taxıl ixracını asanlaşdırmaq üçün Kiyevdə dəmir yollarını bərpa edəcək
# 27 iyun 2022 05:57 (UTC +04:00)

Böyük Britaniya hökuməti Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkədə dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə qədər vəsait ayıracaq.

AAP xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisi bəyanat yayıb.

Bildirilirki, krallıq və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır.

Ərzaq böhranının dünyada 47 milyon insanı humanitar fəlakət riski ilə üz-üzə qoyduğu qeyd olunub.

Həmçinin aclıq riskinin gələn ay artacağı təhlükəsi olduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR