Böyük Britaniya Türkiyəyə xilasetmə qrupu göndərib - VİDEO - YENİLƏNİB

Böyük Britaniya Türkiyəyə xilasetmə qrupu göndərib  - VİDEO  - YENİLƏNİB
# 07 fevral 2023 22:20 (UTC +04:00)

Böyük Britaniyanın axtarış-xilasetmə qrupunu daşıyan təyyarə Türkiyəyə eniş edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, 77 britaniyalı axtarış-xilasetmə mütəxəssisi, avadanlıq və 4 axtarış itindən ibarət qrupu daşıyan təyyarə Qaziantepə eniş edib.

Axtarış və xilasetmə komandası İngiltərə, Şotlandiya və Uelsdən olan mütəxəssislər də daxil olmaqla, ölkənin 14 yanğınsöndürmə və xilasetmə xidmətinin yanğınsöndürənlərindən və işçilərindən ibarətdir. Onlar seysmik dinləmə cihazları, beton kəsən və qıran avadanlıqlar da daxil olmaqla xüsusi axtarış avadanlıqlarından istifadə edəcəklər.

Böyük Britaniyanın Ankaradakı səfirliyi və konsulluqları zəlzələ nəticəsində həyatını itirənlərə ehtiram əlaməti olaraq bayraqlarını yarıya endirib.

***

21.37

Böyük Britaniya Türkiyəyə 77 nəfərlik axtarış-xilasetmə mütəxəssisi, ən müasir avadanlıq və axtarış itləri göndərir.

APA xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.

"Bu, zəlzələdən sağ qalanların tapılmasına kömək edəcək mühüm dəstəkdir. Türkiyənin istədiyi yardımı tez bir zamanda göndəririk", XİN bildirib.

Aytən Abbaslı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR