Böyük Britaniyada Mühafizəkarlar partiyasının sədri vergi borcuna görə vəzifəsindən kənarlaşdırılıb

Böyük Britaniyada Mühafizəkarlar partiyasının sədri vergi borcuna görə vəzifəsindən kənarlaşdırılıb
# 29 yanvar 2023 13:30 (UTC +04:00)

Nadhim Zahavi Mühafizəkarlar partiyasının sədri vəzifəsindən kənarlaşdırılıb.

APA-nın London bürosu xəbər verir ki, buna səbəb onun maliyyə naziri olduğu müddətdə milyonlarla funt-sterlinq dəyərində vergi borcu olması, bunu həll etmək üçün cərimə ödəməsinin ortaya çıxması olub.

Baş nazir Rişi Sunak Nadhim Zahaviyə yazdığı məktubda Nazirlər Məcəlləsinin qaydalarının ciddi şəkildə pozulmasının aydın olduğunu söyləyib.

Nadhim Zahavinin 30% gecikmə cəriməsi də daxil olmaqla təxminən 4,8 milyon funt sterlinq dəyərində vergi borcu ödədəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR