Böyük Britaniyanın daxili işlər naziri istefa verib

Priti Patel

© APA | Priti Patel

# 05 sentyabr 2022 21:23 (UTC +04:00)

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel istefa verib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Priti Patel son üç ildə daxili işlər naziri kimi xidmət etməyin həyatının şərəfi olduğunu deyib.

Qeyd edək ki, Liz Trass sabah kraliça tərəfindən rəsmi olaraq ölkənin növbəti Baş naziri təyin edildikdən sonra yeni kabineti seçməlidir.

2019-cu ildən etibarən daxili işlər naziri olan Priti Patelin Liz Trass tərəfindən vəzifəsində saxlanmağının gözlənilmədiyi yayılan geniş iddialar arasında idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR