Britaniya Ukraynaya tank əleyhinə raketlər göndərib

Britaniya Ukraynaya tank əleyhinə raketlər göndərib
# 19 yanvar 2022 14:23 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə naziri Ben Vallas Rusiyanın öz sərhədində 100 minə yaxın hərbçini toplamasından sonra ölkəsinin Ukraynanı özünümüdafiə üçün qısa mənzilli tank əleyhinə raketlərlə təchiz etdiyini bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir britaniyalı hərbçilərdən ibarət kiçik bir komandanın da təlim keçmək üçün Ukraynaya göndəriləcəyini deyib.

O, narahatlığa qanuni və real səbəbin olduğunu, sərhədə yığılan rus qoşunlarının işğal üçün istifadə oluna biləcəyini bildirib.

Ben Vallas Rusiyanın getdikcə daha çox təhdidkar davranışı fonunda Böyük Britaniyanın təhlükəsizliklə bağlı əlavə yardım göstərəcəyini əlavə edib.

Qeyd edək ki, 2015-ci ildən onlarla britaniyalı hərbçi təlim keçmək üçün Ukraynadadır və Britaniya Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra Ukrayna donanmasının yenidən qurulmasına kömək etmək öhdəliyi götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR