Britaniya 5 Bolqarıstan vətəndaşına Rusiya lehinə casusluq ittihamı irəli sürüb

Britaniya 5 Bolqarıstan vətəndaşına Rusiya lehinə casusluq ittihamı irəli sürüb
# 21 sentyabr 2023 17:11 (UTC +04:00)

Böyük Britaniyada Rusiyaya casusluqda ittiham olunan şəxslərə ittiham irəli sürülüb.

APA "Reuters"ə istinadən xəbər verir ki, Böyük Britaniya prokurorluğu Rusiyaya casusluq etməkdə ittiham olunan 5 nəfərə qarşı ittiham irəli sürülməsinə icazə verib.

BBC bildirir ki, 45 yaşlı Orlin Russev, 41 yaşlı Bizer Dzhambazov, 31 yaşlı Katrin İvanova, 31 yaşlı İvan Stoyanov və 29 yaşlı Vanya Qaberova növbəti həftə məhkəməyə çıxarılacaqlar.

Bolqarıstan vətəndaşları “2020-ci ilin avqustundan 2023-cü ilin fevralına qədər düşmənə faydalı olacaq məlumat toplamaqda” ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR