Britaniya Ali Məhkəməsi Şotlandiyada yeni referenduma dair dinləmələr təyin edib

Britaniya Ali Məhkəməsi Şotlandiyada yeni referenduma dair dinləmələr təyin edib
# 21 iyul 2022 15:33 (UTC +04:00)

Böyük Britaniya Ali Məhkəməsi oktyabrda Şotlandiyanın müstəqillik referendumuna baxacaq.

APA-nın Britaniya bürosu xəbər verir ki, Böyük Britaniya Ali Məhkəməsi oktyabrın 11-12-də Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı dinləmələr təyin edib.

Şotlandiyanın birinci naziri Nikola Sturgeon keçən ay müstəqilliklə bağlı növbəti səsvermənin 19 oktyabr 2023-cü ildə keçiriləcəyinə ümid etdiyini demişdi.

Qeyd edək ki, rəsmi London belə bir referendumun keçirilməsinə qarşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR