Britaniya Almaniyanı Ukraynaya tank tədarükünə icazə verməyə çağırıb

Britaniya Almaniyanı Ukraynaya tank tədarükünə icazə verməyə çağırıb
# 16 yanvar 2023 22:39 (UTC +04:00)

“Berlin tankları təmin edərsə, təkbaşına hərəkət etməyəcək və bu digər dövlətlətlərin də yolunu aça bilər”.

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə çıxışı zamanı bildirib. Nazir Almaniyanı Ukraynaya “Leopard” tanklarının tədarükünə icazə verməyə çağırıb.

"Məlumata görə, Polşa da Finlandiya kimi “Leopard” tədarükünə çox maraqlıdır. Bütün bunlar hazırda Almaniya hökumətinin qərarlarına əsaslanır. Mən alman həmkarlarımı bunu etməyə çağırıram".

Qeyd edək ki, Almaniya indiyədək Ukraynaya tank tədarükünə qarşı çıxıb və bildirib ki, Qərb tankları Ukraynaya yalnız Kiyevin əsas müttəfiqləri, xüsusilə də ABŞ ilə razılıq əldə olunarsa, verilməlidir.

Buna cavab olaraq Ben Uolles bildirib ki, alman siyasi dairələrinin tək qərar vermək istəməmələri ilə bağlı narahatlıqlarını bilir: "Mən deyə bilərəm ki, onlar tək deyillər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR