Britaniya ATƏT-in sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinə viza verməyib

Britaniya ATƏT-in sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinə viza verməyib
# 22 iyun 2022 12:58 (UTC +04:00)

Böyük Britaniya ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin viza müraciətinə rədd cavabı verib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, məlumatı Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Djabarov bildirib.

O, ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvlərinə Britaniya vizasının verilmədiyini bildirib.

Qeyd edək ki, ATƏT-in növbəti, 29-cu sessiyası 2-6 iyul tarixlərində İngiltərənin Birminqem şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR