Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfi olub

Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfi olub
# 20 yanvar 2023 02:08 (UTC +04:00)

Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə çevirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Baş nazir Rişi Sunakın "Instagram" hesabından paylaşdığı bir videoda maşının arxa oturacağında oturarkən təhlükəsizlik kəməri taxmadığı görülür.

Görüntü yayılandan sonra polis məsələ ilə bağlı araşdırma aparıb.

“Downing Street”in sözçüsü açıqlama verərək bunun qısa bir mühakimə səhvi olduğunu etiraf edib:

“Baş nazir kiçik bir video çəkmək üçün təhlükəsizlik kəmərini çıxardı. O, bunun səhv olduğunu tamamilə qəbul edir və buna görə üzr istəyir. Baş nazir hesab edir ki, hər kəs təhlükəsizlik kəməri taxmalıdır",- deyə açıqlamada qeyd olunub.

Böyük Britaniya qanunlarına görə, tibbi cəhətdən heç bir problemi olmayan şəxs avtomobilin arxa oturacağında da təhlükəsizlik kəməri taxmalıdırlar.

Əks təqdirdə bunun £500 funt sterlinqə qədər cəriməsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR