Britaniya əks-kəşfiyyatı: Şimali İrlandiyada terror ehtimalı var

Britaniya əks-kəşfiyyatı: Şimali İrlandiyada terror ehtimalı var
# 28 mart 2023 15:38 (UTC +04:00)

Böyük Britaniyanın əks-kəşfiyyat xidməti “MI5” Şimali İrlandiyada terror təhlükəsi səviyyəsini “əhəmiyyətli”dən “şiddətli”yə yüksəldib.

APA-nın Britaniya bürosunun “Sky News”a istinadən xəbərinə görə, rəsmi orqanlar bunun terror ehtimalının yüksək olduğu mənasına gəldiyini bildirib.

Şimali İrlandiya dövlət katibi Kris Heaton-Harris İcmalar Palatasına bildirib ki, qərar “MI5” tərəfindən verilib.

“İctimaiyyət ayıq-sayıq olmalı, lakin təşviş etməməli və narahatlıqları barədə Şimali İrlandiya Polis Xidmətinə məlumat verməyə davam etməlidir”, o deyib.

Qeyd edək ki, “MI5” kimi tanınan Təhlükəsizlik Xidməti Birləşmiş Krallığın daxili əks-kəşfiyyat və təhlükəsizlik agentliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR