Britaniya ilə Norveç yeni birgə bəyannamə imzalayıb

Boris Conson

© APA | Boris Conson

# 13 may 2022 18:36 (UTC +04:00)

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson və onun norveçli həmkarı Yonas Störe "Dauninq Strit"də görüşüb.

APA-nın Britaniya bürosu xəbər verir ki, liderlər görüş çərçivəsində, Avropanın şimalındakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər və Boris Conson bu həftə Finlandiya və İsveçə səfərləri barədə norveçli həmkarına məlumat verib.

Onlar həmçinin, NATO müttəfiqlərinin Ukraynanı siyasi cəhətdən dəstəkləməsinin vacibliyi ilə bağlı razılığa gəlib, dayanıqlı enerji təchizatının artırılmasının əhəmiyyətini müzakirə ediblər. Boris Conson görüş zamanı Böyük Britaniya-Norveç münasibətlərinin, ölkələr arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.

Görüşdən sonra Boris Conson və Yonas Störe Böyük Britaniya-Norveç münasibətlərinə dair yeni birgə bəyannamə imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR