Britaniya kəşfiyyatı: Belarusun təlimlərinin normal məşq fəaliyyətindən yayınması gözlənilmir

Britaniya kəşfiyyatı: Belarusun təlimlərinin normal məşq fəaliyyətindən yayınması gözlənilmir
# 05 may 2022 09:37 (UTC +04:00)

Belarus quru qoşunlarının təlimlər üçün qarnizondan sahəyə yerləşdirilməsi müşahidə olunub.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Belarus may ayında qış təlim dövrünün kulminasiyasına daxil olduğu üçün bu, mövsümi normalara uyğundur.

Əlavə olunub ki, Rusiya çox güman Ukrayna qüvvələrinin ölkənin şimalında qalaraq Donbas uğrunda döyüşə qoşula bilməməsi üçün bu təlimlərin Ukrayna üçün yaratdığı təhlükəni şişirtməyə çalışacaq.

Bununla belə, kəşfiyyat xidmətinin məlumatında Belarusun hərbi təlimlərinin müttəfiqlər və tərəfdaşlar üçün təhlükə yarada biləcək normal məşq fəaliyyətindən yayınma ehtimalının gözlənilmədiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR