Britaniya kəşfiyyatı: Donbass xaricində ən intensiv atəşə tutulan şəhər Xersondur

Britaniya kəşfiyyatı: Donbass xaricində ən intensiv atəşə tutulan şəhər Xersondur
# 01 fevral 2023 10:58 (UTC +04:00)

Donbass xaricində ən intensiv atəşə tutulan şəhər Xersondur.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.

“Son günlər Ukraynanın cənubunda müharibədəki ən intensiv bomba zərbələrinin bir qismi Dnepr çayı boyunca olub. Rusiya çayın şərqindən Xersonu artilleriya atəşinə tutmağa davam edib", - Kəşfiyyat Xidməti bildirib.

Kəşfiyyat Xidməti Ukrayna mənbələrinə istinadən xatırladıb ki, yanvarın 29-da Rusiya qüvvələrinin bombardmanı nəticəsində Xersonda daha üç mülki vətəndaş həlak olub, çayda dayanmış iki xarici ölkəyə məxsus gəmi zədələnib və bu neft sızıntısına səbəb olub.

“Xerson Ukraynanın Donbasdan kənarda ən intensiv atəşə tutulan böyük şəhəri olaraq qalır. Rusiyanın sursat ehtiyatlarını burada xərcləməsinin dəqiq səbəbi bəlli deyil. Bununla belə, bu hücumlar ehtimal ki, qismən mülki əhalinin əhval-ruhiyyəsinə təsir etmək və Dnepr çayı boyunca Ukraynanın hər hansı əks-hücumlarının qarşısını almaq məqsədi daşıyır”, Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR