Britaniya kəşfiyyatı: Donetskdəki insident qeyri-peşəkarlığın Rusiyanın itkilərinə necə töhfə verdiyini nümayiş etdirir

Britaniya kəşfiyyatı: Donetskdəki insident qeyri-peşəkarlığın Rusiyanın itkilərinə necə töhfə verdiyini nümayiş etdirir
# 04 yanvar 2023 11:19 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi güclə ələ keçirdiyi Donetsk şəhəri yaxınlığındakı Makeevka qəsəbəsində yerləşən məktəb binasına dekabrın 31-də raket zərbəsi endirib, nəticədə bina tam dağılıb, Rusiya Müdafiə Nazirliyi 89 rusiyalı hərbçinin həlak olduğunu təsdiqləyib.

APA xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, dağıntının miqyası hərbçilərin qaldığı yerin yaxınlığında silah-sursat saxlanıldığını göstərir və bu, raket zərbəsi zamanı ikinci partlayışa səbəb olub.

Əlavə olunub ki, zərbə endirilən məktəb binası cəbhənin şiddətli döyüşlər gedən Avdiivka sektorundan 12.5 kilometr məsafədə yerləşir.

"Rusiyanın bu müharibədən əvvəl də silah-sursatları təhlükəli saxlamasına dair kifayət qədər qeydlər var idi, lakin bu insident qeyri-peşəkarlığın Rusiyanın itkilərinə necə töhfə verdiyini nümayiş etdirir",- deyə Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR