Britaniya kəşfiyyatı: "DXR" və “LXR"i dəstəkləmək Rusiyaya baha başa gələcək

Britaniya kəşfiyyatı: "DXR" və “LXR"i dəstəkləmək Rusiyaya baha başa gələcək
# 06 yanvar 2023 11:35 (UTC +04:00)

“Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın statusu və kimliyi məsələsi hələ də Rusiya sistemi daxilində fikir ayrılıqlarına səbəb olur.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, 2022-ci ilin fevralında Ukraynanın işğalına başlamazdan əvvəl də hər iki bölgə Rusiyadan ciddi maliyyə axınına səbəb olub.

Əlavə olunub ki, Kreml indi açıq şəkildə onları dəstəkləyir və ehtimal ki, bu, münaqişənin hazırki fazasından çox sonralar da ona böyük siyasi, diplomatik və maliyyə hesabına başa gələcək.

Məlumatda o da vurğulanıb ki, Rusiya ötən il dekabrın 31-də “DXR”in və “LXR”in silahlılarını rəsmi şəkildə öz silahlı qüvvələrinə inteqrasiya edib və 2022-ci ilin sentyabrında keçirilən “referendum”dan sonra bu bölgələrə özünün ayrılmaz hissəsi kimi iddia irəli sürür.

“Lakin Rusiya “DXR”in 1-ci Ordu Korpusunu və “LXR”in 2-ci Ordu Korpusunu yaradaraq və bu hərbi birləşmələrə öz hərbçiləri ilə hərbi dəstək verərək hər iki bölgəyə 2014-cü ildən nəzarət edib”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR