Britaniya kəşfiyyatı: Rusiya Donetskdə yeni hücumlara hazırlaşır

Britaniya kəşfiyyatı: Rusiya Donetskdə yeni hücumlara hazırlaşır
# 31 yanvar 2023 12:39 (UTC +04:00)

"Rusiya çox güman ki, Ukraynanın nəzarətində olan Donetsk vilayətində yeni istiqamətdə irəliləmək və Ukrayna qüvvələrini ağır döyüşlərin getdiyi Baxmut sektorundan yayındırmaq niyyətindədir".

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Son üç gündə Rusiyanın Pavlovka və Uqledar şəhərləri ətrafında kəşfiyyat hücumlarını daha toplu hücuma çevirdiyi deyilir.

Kəşfiyyat Xidməti bildirib ki, Donetsk şəhərindən 50 km cənub-qərbdə yerləşən yaşayış məntəqələrinə Rusiya 2022-ci ilin noyabrında uğursuz hücumlar edib və bu hücumlarda 155-ci Dəniz Piyada Briqadasından istifadə edilib. Qeyd olunub ki, bir neçə ay ərzində cəbhə xəttində Kaşlahaç çayının sahilindən bir neçə yüz metr kənara doğru irəliləmə əldə edilib və bu döyüşlərdə 155-ci Dəniz Piyada Briqadasının hissələri də iştirak edib.

"Rusiyanın bu sektorda lokal səviyyədə uğurlar əldə etməsinin davamı ilə bağlı real ehtimal var. Ancaq, çətin ki, Rusiyanın əməliyyat baxımından əhəmiyyətli irəliləyiş əldə etmək üçün bölgədə kifayət qədər qoşunları olsun", - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR