Britaniya kəşfiyyatı: Rusiya Hava-Desant Qüvvələrinin komandanı vəzifəsindən azad edilib

Mixail Teplinski

© APA | Mixail Teplinski

# 24 yanvar 2023 12:05 (UTC +04:00)

Rusiya Hava-Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinski vəzifəsindən azad edilib.

APA xəbər verir ki, bu barədə məlumat Britaniya kəşfiyyatının yeni hesabatında dərc edilib.

Kəşfiyyat həmçinin bu qərarın verilməsinin Rusiya ali hərbi rəhbərliyində fikir ayrılıqlarının davam etməsi əlaməti olduğunu qeyd edir.

Teplinski Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əsas əməliyyat komandirlərindən biri idi və Dnepr çayının qərbindən qoşun bölmələrinin uğurla çıxarılmasında da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR