Britaniya kəşfiyyatı: Rusiya İzyumun cənubuna hücum səylərini artırıb

Britaniya kəşfiyyatı: Rusiya İzyumun cənubuna hücum səylərini artırıb
# 09 iyun 2022 10:47 (UTC +04:00)

Severodonetskdə döyüşlər davam edir, lakin son 48 saat ərzində Rusiyanın Şərq Qüvvələr Qrupu İzyumun cənubuna hücum səylərini artırıb.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiyanın İzyum istiqamətində hücumları Ukrayna qüvvələrinin ərazi şəraitini yaxşı istifadə etməsi nəticəsində apreldən bəri dayanıb.

“Rusiya çox güman ki, Kiyevə uğursuz hücumda çox ağır itkilər vermiş Şərq Qüvvələr Qrupunu bərpa etməyə cəhd edib, lakin onun bölmələri zəif olaraq qalır. Rusiya çox güman ki, Severodonetskə daha çox təzyiq göstərmək və Donetsk vilayətinin dərinliklərinə doğru irəliləmək imkanı əldə etmək üçün İzyum istiqamətində yenidən sürət qazanmağa çalışır”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR