Britaniya kəşfiyyatı: Rusiya ordusunda fərarilərin sayı artır

Britaniya kəşfiyyatı: Rusiya ordusunda fərarilərin sayı artır
# 24 may 2023 15:26 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri sıralarında fərarilərin sayı artır.

APA xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir.

Britaniya Müdafiə Nazirliyinin “Twitter” səhifəsində dərc edilən məlumata əsasən, son vaxtlar Rusiya ordusunda fərarilərin sayı xeyli artıb.

Nazirliyin analitiklərinin sözlərinə görə, bu ilin ilk 5 ayı ərzində Rusiya məhkəmələri ümumilikdə 1053 fərarilik işinə baxıb ki, bu da ötən illə müqayisədə xeyli çoxdur.

Qeyd olunub ki, məhkəmə sənədlərinə əsasən, rusiyalı fərarilər əksər hallarda şərti cəza alırlar. Bu qərar, onların yenidən Ukrayna ilə müharibəyə göndərilməsi üçün verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR