Britaniya kəşfiyyatı: Rusiya ötən ay Ukraynaya 300-dən çox "Şahed” dronu atıb

Britaniya kəşfiyyatı: Rusiya ötən ay Ukraynaya 300-dən çox "Şahed” dronu atıb
# 05 iyun 2023 10:51 (UTC +04:00)

Rusiya may ayı ərzində Ukraynaya 300-dən çox İran istehsalı “Şahed” kamikadze dronu atıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu göstərici sözügedən dronların Rusiya tərəfindən bu günədək ən intensiv şəkildə istifadə edilməsi nümunəsidir. Məlumata görə, Rusiyanın bu qədər kamikadze dronunda istifadə etməkdə məqsədi ehtimal ki, Ukraynanı qabaqcıl və bahalı hava hücumundan müdafiə (HHM) sistemlərindən istifadə etməyə məcbur etməkdir. Bununla belə, Rusiyanın bu istiqamətdə nəzərəçarpan uğur qazana bilmədiyi, Ukraynanın öz köhnə və daha ucuz HHM sistemlərindən istifadə etməklə, həmçinin elektron radioelektron mübarizə vasitəsilə “Şahed” dronlarının 90 faizini zərərsizləşdirdiyi qeyd olunub. Əlavə olunub ki, Rusiya həmçinin bu hücumlarla cəbhə xəttinin çox gerisindəki Ukrayna hədəflərini müəyyən etmək və onlara zərbə endirməyə cəhd edir, lakin dinamik hədəflərin bu qədər uzaq məsafədən vurulması qeyri-effektivdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR