Britaniya Kəşfiyyatı: Rusiya quru hücumlarında sovet istehsalı gəmi əleyhinə raketlərdən istifadə edir

Britaniya Kəşfiyyatı: Rusiya quru hücumlarında sovet istehsalı gəmi əleyhinə raketlərdən istifadə edir
# 02 iyul 2022 10:38 (UTC +04:00)

Rusiya havadan buraxılan gəmi əleyhinə raketlərdən Ukraynadakı quru hücumlarında istifadə edir.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, havadan buraxılan bu raketlərin istifadəsi Rusiyanın daha dəqiq zərbə endirməyə malik raketlərinin sayının azaldığını göstərir.

Əlavə olunub ki, təhlükəsizlik kameralarının təhlil edilmiş görüntüləri iyunun 27-də Kremençuk ticarət mərkəzinə endirilən aviazərbənin ehtimal ki, X-32 gəmi əleyhinə raketi olduğunu göstərir. Bu, sovet dövründən qalma X-22 raketinin bir qədər təkmilləşdirilmiş versiyasıdır.

Qeyd olunub ki, bu raketlərin, xüsusilə də şəhər mühitində quru hədəflərinə dəqiq zərbə endirmək imkanları məhduddur. Bu isə ikinci dərəcəli itkiləri artırır.

Məlumatda o da bildirilib ki, iyunun 30-da Odessaya endirilmiş hava zərbəsi ehtimal ki, X-22 gəmi əleyhinə raketi vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR