Britaniya kəşfiyyatı: Rusiya strateji hədəflərindən heç birinə nail olmayıb

Britaniya kəşfiyyatı: Rusiya strateji hədəflərindən heç birinə nail olmayıb
# 03 iyun 2022 10:19 (UTC +04:00)

Bu gün Rusiyanın Ukraynanın işğalına başlamasından 100 gün ötür. Rusiya qüvvələri Kiyevi və Ukraynanın hökumət mərkəzlərini ələ keçirmək kimi ilkin məqsədlərinə nail ola bilmədilər.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, ukraynalıların qətiyyətli müqaviməti və Qostomel aerodromunun ilk 24 saat ərzində ələ keçirilməsinin mümkün olmaması Rusiyanın hücum əməliyyatlarının dəf edilməsi ilə nəticələnib.

Qeyd olunub ki, səhv fərziyyələr və zəif taktiki icra ilə ilkin planın uğursuzluğundan sonra Rusiya öz əməliyyat dizaynının diqqətini Donbasa yönəldib.

Əlavə olunub ki, Rusiya indi Donbasda taktiki uğurlar əldə edir və Rusiya qüvvələrinin hazırda Ukrayna üzərində təşəbbüsü əlində saxladığı görünür.

“Rusiya Luqansk vilayətinin 90%-dən çoxuna nəzarət edir və çox güman ki, yaxın iki həftə ərzində nəzarəti tamamlayacaq. Rusiya əldə etdiyi bu taktiki uğurları əhəmiyyətli resurs bahasına, qüvvələri və atəşi ümumi əməliyyatların bir istiqamətində cəmləşdirməklə əldə edib. Rusiya digər cəbhələrdə manevr və ya hərəkət edə bilmədi və nəticədə müdafiəyə keçdi”, - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, Rusiyanın orijinal planı ilə müqayisə edildiyində strateji hədəflərdən heç birinə nail olunmayıb.

Əlavə olunub ki, Rusiyanın istənilən formada uğur əldə etməsi üçün davamlı olaraq böyük qüvvələrə və avadanlığa investisiya qoyulmasına ehtiyac və bu, çox güman ki, daha çox vaxt tələb edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR