Britaniya kəşfiyyatı: Rusiya Ukraynada ciddi itkilər verir

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada ciddi itkilər verir
# 24 aprel 2022 11:40 (UTC +04:00)

Ukrayna həftə ərzində Donbas təmas xətti boyunca Rusiyanın bir neçə hücumunu dəf edib.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiyanın bəzi əraziləri ələ keçirməsinə baxmayaraq, ukraynalıların müqaviməti bütün cinahlarda güclü olub və bu, Rusiya qüvvələrinin ciddi itkilər verməsi ilə nəticələnib.

Vurğulanıb ki, Rusiya hərbçilərinin zəif əhval-ruhiyyəsi və əvvəlki hücumlardan sonra yenidən cəmlənmə, təchizat və təşkilatlanma üçün məhdud vaxtın olması onun döyüş effektivliyinə mane olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR