Britaniya kəşfiyyatı: Rusiya Ukraynada hələ də ciddi problemlərlə üzləşir

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada hələ də ciddi problemlərlə üzləşir
# 30 aprel 2022 10:08 (UTC +04:00)

Rusiya döyüş gücünü coğrafi baxımdan cəmləşdirərək, təchizat xətlərini qısaldaraq və komanda-nəzarəti sadələşdirərək əvvəllər işğalı məhdudlaşdıran problemləri aradan qaldırmağa ümid edir.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya Ukraynada hələ də ciddi problemlərlə üzləşir: “O, (Rusiya) Ukraynanın şimal-şərqindəki uğursuz hücumlardan tükənmiş və dağılmış bölmələri birləşdirib, yenidən yerləşdirməyə məcbur olub. Bu bölmələrin bir çoxu ehtimal ki, mənəvi zəiflikdən əziyyət çəkir”.

Vurğulanıb ki, Rusiyanın taktiki koordinasiyasındakı çatışmazlıqlar qalmaqdadır: “Bölmələr səviyyəsində bacarıqların çatışmazlığı və qeyri-ardıcıl aviasiya dəstəyi lokal inkişaflara baxmayaraq, Rusiyanın döyüş potensialından tam istifadə etməsinə imkan vermir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR