Britaniya kəşfiyyatı: Rusiya Xersondan geri çəkilməklə ciddi problemlərin olmasını etiraf edir

Britaniya kəşfiyyatı: Rusiya Xersondan geri çəkilməklə ciddi problemlərin olmasını etiraf edir
# 12 noyabr 2022 12:28 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Xersondan geri çəkilməsi onu deməyə əsas verir ki, bu, Rusiyanın Dnepr çayının qərb sahilində ciddi problemlərlə üzləşməsinin açıq etirafıdır.

APA “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının illik hesabatında qeyd olunub.

“Xerson yeganə vilayət paytaxtı idi ki, Rusiya ordusu tərəfindən bu ilin fevralında tutulmuşdu və bu səbəbdən də ordunun Xersondan geri çəkilməsi Rusiyanın reputasiyasına ciddi zərbə vurur. Böyük ehtimal var ki, Rusiya Xerson vilayətinin digər rayonlarından da öz ordu birləşmələrini Dnepr çayının şərq sahilindəki müdafiə mövqelərinə köçürəcək” – deyə qeyd olunub.

Həmçinin əlavə edilib ki, ordunun Xersondan çıxarılmasına başlanması elan olunandan cəmi 2 gün sonra proses başa çatdı və 22 oktyabrda 80 min vilayət sakininin, dinc əhalinin köçürülməsinə başlanarkən ordunun da çıxarılmağa başlanması ehtimalı daha real görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR