Britaniya kəşfiyyatı: Rusiya Xersonun uzunmüddətli işğalını planlaşdırır

Britaniya kəşfiyyatı: Rusiya Xersonun uzunmüddətli işğalını planlaşdırır
# 01 may 2022 11:07 (UTC +04:00)

Hazırda Xersonda olan Rusiya ordusunun şəhərin Ukraynanın nəzarətinə qaytarılmasının “mümkünsüzlüyü” ilə bağlı son bəyanatları, çox güman ki, Rusiyanın uzunmüddətli perspektivdə Xersona güclü siyasi və iqtisadi təsir göstərmək niyyətindən xəbər verir.

APA bildirir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi Britaniya kəşfiyyatının məlumatlarına istinadən məlumat yayıb.

Kəşfiyyatçılar xüsusən, Ukrayna qrivnasından rus rubluna dörd aylıq keçidi xatırladıblar:

“Rusiya martın əvvəlində cənubdakı Xerson şəhərini ələ keçirdikdən sonra orada rusiyapərəst administrasiya qurmaqla şəhər və ətraf rayonlar üzərində öz nəzarətini qanuniləşdirməyə cəhd etdi”.

Kəşfiyyat rəsmilərinin fikrincə, Xersona və onun nəqliyyat əlaqələrinə uzunmüddətli nəzarət Rusiyanın şimal və qərbdə irəliləyişlərini dəstəkləyəcək, Krım üzərində nəzarətinin təhlükəsizliyini yaxşılaşdıracaq.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri Xerson vilayətinin inzibati sərhədlərinə çatmaq, Nikolaev və Krivoy Roq şəhərlərinə hücum üçün əlverişli şərait yaratmağa görə hərbi əməliyyatlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR