Britaniya kəşfiyyatı: Rusiya yenidən Xarkov istiqamətində hücuma keçib

Britaniya kəşfiyyatı: Rusiya yenidən Xarkov istiqamətində hücuma keçib
# 14 iyun 2022 10:14 (UTC +04:00)

Rusiyanın Qərb Qüvvələr Qrupu həftələr sonra yenidən Xarkov istiqamətində kiçik hücumlar edib.

APA-nın xəbərinə görə bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Rusiyanın əsas əməliyyat səyləri Donbas regionunda Severodonetsk şəhəri olaraq qalır.

Məlumatda qeyd olunub ki, iyunun 10-da Rusiya Hərbi Sənaye Komissiyası sədrinin birinci müavini hərbi xərclərin 600-700 milyon rubl (12,28 milyard dollar) artacağını, bunun isə Rusiyanın müdafiə büdcəsini 20% artıracağını proqnozlaşdırıb.

Qeyd olunub ki, Rusiya hökumətinin maliyyəsi ölkənin müdafiə sənayesi bazasının Ukraynada müharibənin yaratdığı tələblərin ödənilməsi üçün yavaş-yavaş səfərbər edilməsinə imkan verir. “Lakin sənaye qismən də sanksiyalar və təcrübə çatışmazlığı səbəbi ilə tələblərin qarşılanması ilə bağlı çətinlik çəkə bilər. Rusiyanın yüksək keyfiyyətli optika və qabaqcıl elektronika istehsalı çox güman ki, problemli olaraq qalır və bu, onun Ukraynada itirilmiş avadanlığı əvəz etmək səylərinə zərbə vura bilər.”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR