Britaniya kəşfiyyatı: Rusiyanın çağırışçılarla bağlı böyük çətinlikləri var

Britaniya kəşfiyyatı: Rusiyanın çağırışçılarla bağlı böyük çətinlikləri var
# 04 oktyabr 2022 12:50 (UTC +04:00)

Rusiyanın hərbi xidmətə çağırılan yeni çağırışçıların yerləşdirilməsi, təlimi və təchiz edilməsi ilə bağlı böyük çətinlikləri var.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, sentyabrın 30-da Rusiya Prezidenti payız çağırışı ilə bağlı əmr imzalayıb. Bu əmr 120 min yeni çağırışçının ordu sıralarına cəlb olunmasını nəzərdə tutur.

Qeyd olunub ki, bu çağırışçıların qanunən Rusiyadan kənara yerləşdirilməsinə icazə yoxdur və bu baxımdan onlar sentyabrın 21-də elan edilmiş qismən səfərbərliyə cəlb edilənlərdən ayrıdır.

Əlavə olunub ki, bu dəfə çağırış dövrü həmişəkindən bir ay gec - 1 noyabr 2022-ci ildən başlayacaq.

“Bu, Rusiyanın çoxsaylı yeni çağırışçılara təlim keçmək və onları təchiz etməklə bağlı üzləşdiyi artan təzyiqin əlamətidir”, - məlumatda qeyd olunub.

Vurğulanıb ki, Rusiyanın inzibati və logistika çatışmazlıqları onun səylərini zəiflətməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR