Britaniya kəşfiyyatı: Rusiyanın döyüşə hazır texnika çatışmazlığı var

Britaniya kəşfiyyatı: Rusiyanın döyüşə hazır texnika çatışmazlığı var
# 27 may 2022 10:17 (UTC +04:00)

Popasnanın şimal-qərbində bəzi kəndləri ələ keçirən Rusiya quru qoşunları Severdonetsk və Lisiçanskın mühasirəsi istiqamətində səylərini davam etdirirlər.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın Severodonetskə təzyiqinə baxmayaraq Ukrayna müdafiə olunan bir çox sektorlarda nəzarəti əlində saxlayır və Rusiyanın Donbasa tam nəzarəti ələ keçirməsinin qarşısını alır.

Məlumatda vurğulanıb ki, son günlərdə Rusiya 50 illik T-62 tanklarını da anbardan çıxararaq Ukraynanın cənubunu işğal etmək tapşırığı verilmiş Cənub Qüvvələr Qrupunun istifadəsinə verib.

Əlavə olunub ki, tank əleyhinə silahlara qarşı çox müdafiəsiz qalacaq T-62 tanklarının döyüş meydanında olması Rusiyanın müasir, döyüşə hazır texnika çatışmazlığını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR