Britaniya kəşfiyyatı: Ukrayna qüvvələrinin böyük hissəsini Severodonetskdən geri çəkib

Britaniya kəşfiyyatı: Ukrayna qüvvələrinin böyük hissəsini Severodonetskdən geri çəkib
# 16 iyun 2022 09:55 (UTC +04:00)

Siverski çayı üzərində yerləşən və Severodonetski Ukraynanın nəzarətində qalan digər ərazilərə bağlayan bütün körpülər ehtimal ki, dağıdılıb.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Ukrayna ehtimal ki, şəhəri saxlayan qüvvələrinin böyük hissəsini Severodonetskdən geri çəkməyə müvəffəq olub.

Əlavə olunub ki, çayın şərqində qalan Ukrayna qüvvələri və mülki şəxslər üçün vəziyyət getdikcə daha da çətinləşir.

Məlumatda qeyd olunub ki, körpülər dağıdıldığından Rusiya indi güman ki, ya çətin çay keçmə əməliyyatı həyata keçirməli, ya da taktiki nailiyyətlərini əməliyyat üstünlüyünə çevirmək üçün hazırda dayanmış cinahlarından hücuma keçməlidir.

Vurğulanıb ki, Rusiyanın Donbasdakı qüvvələrinin kadr çatışmazlığı problemi getdikcə artır. Belə ki, adətən 600-800 hərbçidən ibarət olan bəzi batalyon taktiki qruplar indi təxminən 30 hərbçi cəmləyə bilir.

Qeyd olunub ki, əsas şəhərlərdə cəbhə döyüşləri hər iki tərəf üçün də getdikcə piyada fəaliyyət göstərən kiçik qruplar səviyyəsinə keçir. Bu mühit isə Rusiyanın tank çoxluğu kimi bəzi üstünlüklərini önəmsiz edir, nəticədə onun hücum sürəti azalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR