Britaniya kəşfiyyatı: Ukrayna Soledarda mövqelərini qoruyur

Britaniya kəşfiyyatı: Ukrayna Soledarda mövqelərini qoruyur
# 16 yanvar 2023 12:08 (UTC +04:00)

Donbas cəbhəsinin Kremennaya və Baxmut sektorlarında intensiv döyüşlər həftə sonu davam edib.

APA xəbər verir ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) “Vaqner” özəl hərbi şirkətinin hücumlarına baxmayaraq yanvarın 15-də Baxmutun şimalında, Soledardakı mövqelərini qoruyub.

Meşəlik ərazi olan Kremennayada isə döyüşlər kompleks lokal hücumlar və əks hücumlarla xarakterizə edilib.

Məlumatda USQ-nin Kremina şəhərinin kənarlarındakı mövqelərini tədricən şərqə doğru irəlilətdiyi qeyd olunub

Əlavə olunub ki, ötən 6 həftə ərzində həm Rusiya, həm də Ukrayna cəbhənin müxtəlif sektorlarında çətin döyüşlər hesabına bir sıra məhdud nailiyyətlər əldə ediblər. Lakin hazırkı vəziyyətdə hər iki tərəfin başlıca çətinliyi taktiki uğurları əməliyyat nailiyyətlərinə çevirəcək qoşun birləşmələri yaratmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR