Son 4 gün ərzində həm Rusiyanın, həm də Ukraynanın cəbhə xəttinin dərinliklərinə intensiv hücumlar olub.
APA xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın Krımda, Krasnodarda və Moskva yaxınlığındakı logistika obyektlərinə, aviabazalarına və komanda məntəqələrində partlayışlar baş verib.
Qeyd olunub ki, bu, insidentlər Rusiyanın Qara Dəniz Donanmasının güclü hədəfə alınması ilə əlaqəlidir:
“Lakin Moskva yaxınlığındakı Çkalovski aviabazasında baş vermiş partlayışlar ehtimal ki, Rusiya rəhbərliyi üçün ən ciddi strateji narahatlığa səbəb olur. Bu, həssas lokasiyadır, çünki xüsusi təyinatlı hərbi təyyarələrə, həmçinin Rusiya liderlərinin VIP nəqliyyat vasitələrinə ev sahibliyi edir”.
Qeyd olunub ki, bazadakı İl-18 (NATO adı: COOT) xüsusi missiya təyyarəsinin zədələnməsi xüsusi narahatlıq doğurub. Belə ki, sözügedən təyyarə vacib elektron kəşfiyyat missiyaları həyata keçirir və onun zədələnməsinin dəqiq variantı qeyri-müəyyəndir.
Məlumatda o da qeyd edilib ki, Rusiya son bir həftə ərzində dəfələrlə Ukraynadakı hədəflərə uzun mənzilli zərbələr endirib.
“Bu qeyri-adi intensivlik, ehtimal ki, qismən də Rusiya və Krımda baş verən insidentlərə cavabdır. Nisbətən statik quru döyüşü ilə hər bir tərəf öz rəqibinin strateji dərinliyinə zərbə endirərək üstünlük əldə etməyə çalışır”, - məlumatda qeyd olunub.