Britaniya kəşfiyyatı: “Vagner”in Ukraynada 50 min döyüşçüsü var

Vaqner

© APA | Vaqner

# 20 yanvar 2023 12:55 (UTC +04:00)

“Vagner” qrupunun hazırda Ukraynada 50 min döyüşçüsü var.

APA xəbər verir ki, bu, Birləşmiş Krallığın Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, qrup artıq Rusiyanın Ukraynadakı kampaniyasının əsas komponentinə çevrilib.

Kəşfiyyatın məlumatına görə, 2022-ci il dekabrın 27-də Rusiya Vahid Dövlət Qeydiyyatı “Vagner”i qanuni təşkilat kimi rəsmi qeydiyyatdan keçirdiyini göstərib.

Qrup öz fəaliyyətini idarəetmə üzrə məsləhətçilik kimi bəyan etsə də, döyüş xidmətləri ilə bağlı heç nə qeyd etməyib. Rusiyada isə hazırda özəl hərb şirkətlərinin fəaliyyəti qanununsuz olaraq qalmaqdadır.

Məlumatda vurğulanıb ki, Priqojin qrupu maliyyələşdirdiyini ötən ilin sentyabr və oktyabr aylarında etiraf edib və Sankt-Peterburqda baş qərargah açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR