Britaniya kralı və kraliçaya yumurta atan şəxs saxlanılıb

Britaniya kralı və kraliçaya yumurta atan şəxs saxlanılıb
# 09 noyabr 2022 18:23 (UTC +04:00)

Böyük Britaniya kralı III Çarlz və kraliça Kamillaya yumurta atan şəxs saxlanılıb.

APA “Deutsche Welle”yə istinadən xəbər verir ki, insident bu gün monarx və həyat yoldaşı ilə ənənəyə uyğun olaraq Miklgeyt qapısı (Micklegate Bar) ilə York şəhərinə daxil olarkən baş verib. Yayılan görüntüdə bir neçə yumurtanın cütlüyə toxunmadan onların yaxınlığına düşdüyü görünür.

Hadisəni törətdiyi bildirilən şəxs dərhal polis tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR