Britaniya martın sonuna qədər Ukraynaya “Challenger”lərin çatdırılmasını planlaşdırır

Challenger

© APA | Challenger

# 26 yanvar 2023 17:36 (UTC +04:00)

Böyük Britaniya Ukraynaya hərbi yardım çərçivəsində göndərilməsi nəzərdə tutulan “Challenger 2” tanklarının mart ayının sonunda Ukraynada olmasını planlaşdırır.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Aleks Çolk ölkə parlamentinin iclası zamanı bildirib.

Nazir onu da əlavə edib ki, tanklar Ukraynaya göndərilənə qədər ukraynalı hərbçilər döyüş maşınlarının idarə olunmasını və onlara texniki servisi öyrənmək üçün intensiv təlim keçəcək.

Xatırladaq ki, Britaniya hökuməti bu ayın əvvəlində Ukraynaya 14 ədəd “Challenger” döyüş tankı və artilleriyaya aid silah-sursat göndərəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR